05 Dekabr 2025, 13:14
FUTBOL
“Deportivo İndependiente”nin müdafiəçisi Xuan Arisala yaxın vaxtlarda “Milan”ın futbolçusu olacaq.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Kolumbiyalı futbolçunun transfer məbləği təxminən 3 milyon avro təşkil edib. Bundan əlavə, “Deportivo İndependiente”nin 20 yaşlı oyunçunun gələcək satışından faiz əldə edəcəyi bildirilir.
Bu transfer Kolumbiya çempionatının tarixində ən böyük anlaşmalardan biri olacaq.
Arisala cari mövsümdə 26 matçda iştirak edib, 2 qol vurub və 1 məhsuldar ötürmə verib.












