05 Dekabr 2025, 13:33
FUTBOL
"Los Anceles" qapıçı Yuqo Lyorisin müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə ABŞ klubunun mətbuat xidməti məlumat yayıb.
Fransalı qolkiperlə 2026-cı ilin 31 dekabr tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.
Qeyd edək ki, Yuqo Lyoris 2024-cü ilin yanvar ayında "Tottenhem"dən ayrıldıqdan sonra "Los Anceles"ə keçib. 38 yaşlı "əlcək sahibi" bu mövsüm MLS təmsilçisinin heyətində 38 oyunda meydana çıxıb.












