Azərbaycanı Çempionlar Liqasında təmsil edəcək “Qarabağ” təlim-məşq toplanışının ikinci mərhələsi üçün Avstriyaya gedib. Matc.az xəbər verir ki, Ağdam təmsilçisi artıq bu ölkədədir.

Bakıda yalnız “Səbail”lə yoxlama görüşü keçirən və 3:1 hesablı qələbə qazanan “Qarabağ” ötən gün Avstriyaya çatıb. Komanda Çempionlar Liqasının I təsnifat mərhələsinin ilk görüşünü səfərdə keçirəcəyindən Qurban Qurbanov yetirmələrini həmin ölkəyə birbaşa Avstriyadan aparacaq.

Qeyd edək ki, “Qarabağ” Avstriyada 4 yoxlama görüşü keçirməyi planlaşdırır.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest