Türkiyənin "Qalatasaray" klubu İngiltərənin "Arsenal" komandası və braziliyalı vinger Qabriel Martinellinin transferi ilə bağlı razılığa gəlməyə çox yaxındır.

Matc.az xəbər verir ki, "Arsenal" 25 yaşlı hücumameyilli futbolçunun satışı üçün 35 milyon avro tələb edir.

İstanbul təmsilçisinin baş məşqçisi Okan Burukun sol cinahı gücləndirmək üçün ilk seçimi məhz Qabriel Martinellidir. Klublar arasında 5 milyon avro icarə haqqı və mövsümün sonunda 35 milyon avroluq məcburi satınalma bəndi ilə ümumilikdə 40 milyon avroluq paket üzərində danışıqların son mərhələyə çatdığı vurğulanır.

London təmsilçisi transferə yaşıl işıq yandırmaq üçün onun yerinə alternativ oyunçu axtarışlarını davam etdirir.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest