13 Yanvar 2026, 22:07
FUTBOL
Türkiyə Superliqası klubu Moskva "Dinamo"sunun 25 yaşlı kolumbiyalı vingeri Anhel Torres "Eyüpspor"a keçib.
Matc.az xəbər verir ki, bu barədə jurnalist Ertan Süzgün məlumat yayıb.
Bildirilir ki, Torres Superliqa klubunda mövsümün sonuna qədər icarə əsasında oynayacaq. Maliyyə detalları açıqlanmayıb.
Qeyd edək ki, 25 yaşlı kolumbiyalı cinah oyunçusu ilə 2025-ci ilin may ayında "Dinamo" ilə 3 illik müqavilə imzalayıb. O, bu mövsüm "ağ-göylər"in heyətində 2 oyunda meydana çıxıb, lakin fərqlənə bilməyib.







_1768327404.jpg)




