“Yuventus” “Selta”nın müdafiəçisi Oskar Minqesanın transferini reallaşdırmağı planlaşdırır.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Ağ-qaralar" ispaniyalı oyunçu ilə yanvarda müqavilə bağlamağı nəzərdə tutur. Minqesanın İspaniya klubu ilə sözləşməsi yayda bitəcək. Qaydalara əsasən 6 aylıq müqaviəsi qalan futbolçu ilə başqa klublar razılıq əldə edə bilər.

26 yaşlı sağ cinah müdafiəçisinin transfer hüquqların 50 faizi onun yetişdiyi “Barselona”ya məxsusdur.

Oskar Minqesa bu mövsüm “Selta”nın heyətində 21 oyunda iştirak edib, 1 qol vurub və 3 məhsuldar ötürmə edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest