"Nyukasl" Sven Botmanın müqaviləsinin müddətini uzadıb.

Matc.az xəbər verir ki, bu barədə  Premyer Liqa təmsilçisinin rəsmi saytı məlumat yayıb.

Niderland millisinin üzvü ilə 2030-cu ilin 30 iyun tarixinə kimi nəzərdə tutulan sözləşmə imzalanıb.

Qeyd edək ki, "Nyukasl" Sven Botmanı 2022-ci ilin yayında "Lill"dən transfer edib. 26 yaşlı mərkəz müdafiəçisi bu mövsüm "sağsağanlar"ın heyətində keçirdiyi 17 oyunda 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest