Braziliyalı futbolçu Duqlas Kosta Avropaya qayıdacaq.

Matc.az xəbər verir ki, 35 yaşlı vinger İtaliyanın "Kyevo" klubu ilə anlaşıb. Bu barədə insayder Canluka Di Martsio məlumat yayıb.

Hazırda klubsuz olan Kosta B Seriyası təmsilçisi ilə mövsümün sonuna kimi nəzərdə tutulan müqavilə imzalayacaq.

Qeyd edək ki, Duqlas Kosta Avropada "Şaxtyor", "Bavariya" və "Yuventus"un formasını geyinib. Braziliya millisinin sabiq üzvünün son klubu Avstraliyada "Sidney" olub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest