"Beşiktaş"ın hücumçusu Temmi Abraham ölkəsinə qayıda bilər.

Matc.az xəbər verir ki, bu barədə "Times" nəşri məlumat yayıb.

"Aston Villa" ingiltərəli forvardı transfer etmək istəyir. Premyer Liqa təmsilçisi Abrahamla 4,5 illik müqavilənin şərtlərini razılaşdırıb. İstanbul nəhəngi ilə anlaşma əldə olunsa, 28 yaşlı futbolçunun transferi yaxın günlərdə rəsmiləşəcək.

Qeyd edək ki, "Beşiktaş" Temmi Abrahamı mövsümün əvvəlində "Roma"dan 13 milyon avroya transfer edib. Təcrübəli hücumçu "qara qartallar"ın heyətində keçirdiyi 25 oyunda 13 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest