16 Yanvar 2026, 14:59
FUTBOL
"Ferentsvaroş"un yarımmüdafiəçisi Aleks Tot karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Matc.az xəbər verir ki, bu barədə Macarıstan mətbuatı məlumat yayıb.
"Bornmut" 20 yaşlı futbolçunu transfer etmək istəyir. Premyer Liqa təmsilçisi Macarıstan millisinin üzvü üçün onun klubuna 15 milyon avroluq təklif göndərməyi planlaşdırır.
Qeyd edək ki, Aleks Tot "Ferentsvaroş"un yetirməsidir. Gənc yarımmüdafiəçi bu mövsüm komandanın heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 5 qol ötürməsi edib.












