17 Yanvar 2026, 01:35
FUTBOL
"Lion"un hücumçusu Martin Satriano "Xetafe"yə keçib.
Matc.az xəbər verir ki, bu barədə məlumatı İspaniya klubunun mətbuat xidməti yayıb.
Bildirilir ki, 24 yaşlı uruqvaylı futbolçu mövsümün sonuna qədər icarə əsasında komandaya qoşulub.
O, bu mövsüm "Lion" klubunda bütün turnirlərdə 19 oyun keçirib, 3 qol vurub və bir məhsuldar ötürmə edib.
Uruqvay "Nasional"ının yetirməsi Uruqvay milli komandasında bir oyun keçirib.












