18 Yanvar 2026, 15:16
FUTBOL
Qarşılaşma Naxçıvan klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Təlim-məşq toplanışını Bakıda davam etdirən "Araz-Naxçıvan" bu gün yoxlama oyunu keçirib.
Matc.az xəbər verir ki, Andrey Demçenkonun komandası I Liqa təmsilçisi "Zaqatala" ilə üz-üzə gəlib.
Qarşılaşma Naxçıvan klubunun 4:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bakı Olimpiya Stadionunun ehtiyat meydançasında keçirilən oyunda qolları Boli, Patrik Andrade, Hamidu Keyta və Ülvi İsgəndərov vurublar.
Qeyd edək ki, "Araz-Naxçıvan" ilk sınaq matçında əvəzedici komandasına 7:0 hesabı ilə qalib gəlib, ikinci görüşdə "Qəbələ"yə uduzub - 0:1.












_1768728774.jpg)