19 Yanvar 2026, 16:32
FUTBOL
Leverkuzen "Bayer"inin heyətində ciddi itki baş verib.
Matc.az xəbər verir ki, Bundesliqa təmsilçisinin qapıçısı Mark Flekken sıradan çıxıb. Bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Niderland millisinin üzvü dizindən zədə alıb. 32 yaşlı qolkiper təxminən 2 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, "Bayer" Mark Flekkeni mövsümün əvvəlində "Brentford"dan transfer edib. Təcrübəli "əlcək sahibi" komandanın heyətində 26 rəsmi oyunda meydana çıxıb.



_1768839312.jpg)








