Futbol üzrə Albaniya çempionatında 27-ci turun oyunları keçirilib.

Matc.az xəbər verir ki, Azərbaycan milli komandasının müdafiəçisi Zamiq Əliyevin formasını geyindiyi "Eqnatiya" doğma meydanda "Teuta"nı qəbul edib. Qarşılaşma ev sahiblərinin 4:2 hesablı qələbəsi ilə başa çatıb.

Əliyev də bu matçda iştirak edib. Görüşə start heyətində başlayan 24 yaşlı mərkəz müdafiəçisi 90 dəqiqə meydanda qalib.

Xallarını 49-a yüksəldən "Eqnatiya" turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. Onlar lider "Vlazniya"dan 3 xal geri qalırlar. 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest