"Ştutqart" "Lester Siti"dən icarəyə götürdüyü Bilal El-Xannusun transfer hüquqlarına yiyələnəcək.

Matc.az xəbər verir ki, bu barədə "Stuttgarter Nachrichten" məlumat yayıb.

Mərakeşli hücumameyilli yarımmüdafiəçinin performansı məşqçilər korpusunu qane edir. Almaniya klubu 21 yaşlı futbolçu üçün 20 milyon avroluq satınalma bəndini işə salacaq.

Qeyd edək ki, "Ştutqart" Bilal El-Xannusu mövsümün əvvəlində 3 milyon avro qarşılığında icarəyə götürüb. Mərakeş millisinin Bundesliqa təmsilçisinin heyətində 33 oyunda 8 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest