21 Yanvar 2026, 12:28
FUTBOL
Kazanın "Rubin-2" klubu rəsmi saytında Gökdeniz Karadenizin müqaviləsinin müddəti bitdikdən sonra baş məşqçi ilə yollarını ayırdığını açıqlayıb.
Matc.az xəbər verir ki, əvvəllər Karadenizin heyətində çalışmış Andrey Fedorov "Rubin-2"nin müvəqqəti baş məşqçisi təyin edilib.
Rusiya klubu gənc oyunçuların və bütün klubun inkişafına verdiyi töhfəyə görə Gökdeniz Karadenizə təşəkkür edib, ona məşqçilik karyerasında yeni nailiyyətlər arzulayıb.












