"Everton"un futbolçusu Cek Qriliş sıradan çıxıb.

Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

İngiltərəli vingerin ayaq sümüyü sınıb. 30 yaşlı oyunçu 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, "Everton" Cek Qrilişi mövsümün əvvəlində "Mançester Siti"dən icarəyə götürüb. İngiltərə millisinin üzvü Premyer Liqa təmsilçisinin heyətində keçirdiyi 22 oyunda 2 qol vurub, 6 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest