22 Yanvar 2026, 17:49
FUTBOL
"Çelsi" "Şeffild Uensdey"in istedadlı müdafiəçisi Yisa Alaonu heyətinə qatıb.
Matc.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
London klubu 17 yaşlı futbolçu üçün 500 min funt-sterlinq təzminat ödəyəcək. Gənc mərkəz müdafiəçisi ilə uzunmüddətli müqavilə imzalanacaq.
Qeyd edək ki, Yisa Alao bu mövsüm "Şeffild Uensdey"in heyətində 5 rəsmi oyunda meydana çıxıb.






_1769100499.jpg)




_1769095184.png)
