AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

AFFA ilə FIFA arasında imzalanmış lisenziya müqaviləsi çərçivəsində bu həftə AFFA-nın bayrağı altında keçirilən Yüksək Qızlar Liqasında daha iki oyun FIFA+ TV tərəfindən canlı yayımlanacaq.

Matc.az xəbər verir ki, XIII tur çərçivəsində yanvarın 23-də keçiriləcək “Liman” – “Neftçi” (10:30) və yanvarın 25-də təşkil olunacaq “Araz-Naxçıvan” – “Sabah” (13:00) görüşü platformada göstəriləcək.

Aşağıdakı linklərə keçid edərək həmin matçları izləyə bilərsiniz:

https://www.plus.fifa.com/en/content/liman-ufc-vs-neftchi-pfc/44ad4152-bbd1-48a7-a3a9-23eb2f8e10ea?gl=az

https://www.plus.fifa.com/en/content/araz-nakhchivan-pfc-vs-sabah-fc/69ba59ab-06ae-44c9-94d1-a578791a9985?gl=az

Qeyd edək ki, saziş lisenziya müddəti ərzində - 2028-ci il sentyabrın 1-dək AFFA-nın bayrağı altında təşkil edilən yarışlardan seçilmiş matçları və video məzmunu (materialı) əhatə edir. Bu proqrama Azərbaycanın qadınlardan ibarət milli komandasının yoldaşlıq oyunları və Millətlər Liqasının seçmə görüşləri, AFFA-nın bayrağı altında keçirilən aşağı yaş qrupları üzrə liqalar, Yüksək Qızlar Liqası, həmçinin sənədli filmlər və tələb üzrə video məzmun daxildir.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest