22 Yanvar 2026, 10:57
FUTBOL
"Sabah"ın sabiq futbolçusu Mixeil Erqemlidzenin yeni klubu məlum olub.
Matc.az xəbər verir ki, gürcüstanlı hücumçu karyerasını Qırğızıstanda davam etdirəcək.
Erqemlidze "Neftçi" ilə anlaşıb. Bu barədə Koçkor-Ata təmsilçisinin mətbuaat xidməti məlumat yayıb. 26 yaşlı forvardla 1 illik müqavilə imzalanıb.
Qeyd edək ki, Mixeil Erqemlidze 2021/2022 mövsümündə "Sabah"ın formasını geyinib.












