22 Yanvar 2026, 12:35
FUTBOL
"Sportinq" hücum xəttini yeni oyunçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, Lissabon təmsilçisi "Qranada"dan Suleymane Fayeni transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
"Sportinq" seneqallı vinger üçün İspaniya klubuna 6,5 milyon avro təzminat ödəyib. Faye ilə 4,5 illik müqavilə imzalanıb.
22 yaşlı futbolçunun sərbəstqalma məbləği 80 milyon avro təyin olunub.
Qeyd edək ki, Suleymane Faye bu mövsüm "Qranada"nın heyətində keçirdiyi 21 oyunda 2 qol vurub, 6 qqol ötürməsi edib.












