22 Yanvar 2026, 16:50
FUTBOL
"Barselona"nın futbolçusu Pedri sıradan çıxıb.
Matc.az xəbər verir ki, bu barədə Kataloniya təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
İspaniyalı yarımmüdafiəçi UEFA Çempionlar Liqası Liqa mərhələsinin VII turunun "Slaviya" ilə matçında zədələnib. Ayaq əzələsində zədə aşkarlanan 23 yaşlı oyunçu 1 ay yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, Pedri bu mövsüm "Barselona"nın heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 8 qol ötürməsi edib.









_1769095184.png)


