Braziliya Futbol Konfederasiyası (CBF) və milli komandanın baş məşqçisi Karlo Ançelotti 2030-cu il dünya çempionatına qədər tərəfdaşlıqlarını davam etdirmək barədə şifahi razılığa gəliblər.

Matc.az xəbər verir ki, bu barədə Braziliyanın "Ge.globo" portalı məlumat yayıb.

İtalyan məşqçinin tətildən sonra, fevralın ilk həftələrində rəsmi olaraq yeni müqavilə imzalaması gözlənilir.

Razılaşmaya əsasən, təxminən 10 milyon avro qazanan Ançelotti bonus sistemində bəzi düzəlişlərlə mövcud maliyyə şərtlərini qoruyacaq. Bundan əlavə, mövcud müqavilədə əhəmiyyətli bir təşviq də var. Braziliya DÇ-2026-nı qazanarsa, italyan məşqçi 5 milyon avro bonus alacaq.

CBF rəhbərliyi Ançelottinin milli komandanı yenidən yoluna qoyduğuna və rəqabətədavamlı heyət qurduğuna inanaraq məşqçini saxlamağa istəyir.

Qeyd edək ki, Braziliya qarşıdan gələn dünya çempionatında C qrupunda mübarizə aparacaq.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest