"Qalatasaray" hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Matc.az xəbər verir ki, "sarı-qırmızılar" "Napoli"dən Noa Lanqı icarrəyə götürüb. Niderlandlı vinger artıq İstanbuldadır.

Lanq gün ərzində tibbi müayinədən keçdikdən sonra yeni klubu ilə müqavilə imzalayacaq.

"Qalatasaray" 26 yaşlı futbolçu üçün İtaliya klubuna 2 milyon avroluq icarə haqqı ödəyəcək. Klublar arasındakı anlaşmada məcburi olmayan 30 milyon avroluq satınalma bəndi yer alacaq.

Qeyd edək ki, Niderland millisinin üzvü olan Noa Lanq bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 27 oyunda 1 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest