"Benfika" "Beşiktaş"dan hücumçu Rafa Silvanı transfer edib.

Matc.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Lissabon təmsilçisi portuqaliyalı futbolçu üçün İstanbul nəhənginə 5 milyon avro təzminat ödəyib. 32 yaşlı forvardla 2,5 illik müqavilə imzalanıb.

Qeyd edək ki, Rafa Silva bu mövsüm "Beşiktaş"ın heyətində keçirdiyi 16 oyunda 5 qol vurub, 3 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest