"Tottenhem"in heyətində ciddi itki baş verib.

Matc.az xəbər verir ki, London təmsilçisinin yarımmüdafiəçisi Lukas Berqval sıradan çıxıb.

İsveçli futbolçu UEFA Çempionlar Liqası Liqa mərhələsinin VII turunun "Borussiya" ilə oyununda (2:0) topuğundan zədələnib. 19 yaşlı oyunçu təxminən 3 ay yaşıl meydanlardan uzaq qalacaq.

Qeyd edək ki, Lukas Berqval bu mövsüm "Tottenhem"in heyətində keçirdiyi 26 oyunda 1 qol vurub, 4 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest