23 Yanvar 2026, 15:52
FUTBOL
"Barselona" hücum xəttini yeni oyunçu ilə gücləndirəcək.
Matc.az xəbər verir ki, İspaniya çempionu Hamza Abdelkarimin transferi üçün "Əl-Əhli" ilə razılıq əldə edib. Bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb.
Kataloniya təmsilçisi Misir U-17 millisinin üzvünü 5 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, 18 yaşlı Hamza Abdelkarim bu mövsüm "Əl-Əhli"nin heyətində 8 oyunda meydana çıxıb.












