"Fənərbaxça" "Korintians"ın hücumçusu Yuri Alberto ilə maraqlanır.

Matc.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.

Bildirilir ki, Türkiyə klubu yeni hücumçu üçün vəsait toplamaq məqsədilə hücumçu Yusif En-Nesirini 25-30 milyon avroya satmaq istəyir.

Vurğulanır ki, "Fənərbaxça" hələlik Alberto üçün "Korintians"a rəsmi təklif göndərməyib.

Daha əvvəl jurnalist Yağız Sabunçoğlu "Zenit"in En-Nesirini üçün təklif göndərdiyini bildirmişdi.

Qeyd edək ki, 28 yaşlı En-Nesiri mərkəz hücumçusu kimi oynayır. Mərakeşli futbolçu 2024-cü ilin yayından bəri "Fənərbaxça"da çıxış edir. Bu mövsüm o 25 oyun keçirib, 8 qol vurub və 1 məhsuldar ötürmə edib.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest