29 Yanvar 2026, 15:50
FUTBOL
"Beşiktaş"ın transfer siyahısında yer alan Terem Moffi karyerasını Portuqaliyada davam etdirəcək.
Matc.az xəbər verir ki, bu barədə "L'Equipe" nəşri məlumat yayıb.
"Portu" "Nitsa"nın nigeriyalı forvardının keçidini həll edib. "Əjdahalar" 26 yaşlı futbolçunu 8 milyon avroluq satınalma bəndi ilə icarəyə götürəcək.
Qeyd edək ki, Terem Moffi bu mövsüm "Nitsa"nın heyətində keçirdiyi 15 oyunda 3 qol vurub.












