29 Yanvar 2026, 15:27
FUTBOL
"Qalatasaray" Lukas Torreyranın müqaviləsinin müddətini uzatmağı planlaşdırır.
Matc.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.
İstanbul nəhəngi yaxın vaxtlarda uruqvaylı yarımmüdafiəçi ilə danışıqlara başlayacaq. 29 yaşlı futbolçunun illik 3,5 milyon avro olan maaşı 4 milyon avroya yüksəldiləcək.
Qeyd edək ki, Lukas Torreyra 2022-ci ilin yayından "Qalatasaray"da çıxış edir. Təcrübəli dayaq yarımmüdafiəçisi bu mövsüm "sarı-qırmızılar"ın heyətində keçirdiyi 28 oyunda 1 qol vurub, 3 qol ötürməsi edib.












