"Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".

UEFA Çempionlar Liqasının Liqa mərhələsinin VIII turunda "Liverpul" evdə "Qarabağ"a qalib gəlib – 6:0.

Matc.az xəbər verir ki, oyundan mersisaydlıların baş məşqçisi Arne Slot qarşılaşma ilə bağlı fikirlərini bildirib:

"Maraqlı oyuna şahidlik etdik. Rəqibə hörmətlə yanaşırdıq. Çətin matçları geridə qoyduq. Çempionlar Liqasında ilk "8-lik"də yer almaq sevindiricidir".

Qeyd edək ki, "Qarabağ" 10 xal toplayaraq Liqa mərhələsini 22-ci sırada başa vurub və pley-offa vəsiqə qazanıb.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest