30 Yanvar 2026, 10:31
ÇEMPİONLAR LİQASI
UEFA Çempionlar Liqasında pley-off mərhələsinin püşkü atılacaq.
Matc.az xəbər verir ki, tədbir bu gün Bakı vaxtı ilə saat 15:00-da İsveçrənin Nyon şəhərində baş tutacaq.
Püşkatma mərasimində Azərbaycan çempionu "Qarabağ"ın da rəqibi müəyyənləşəcək. Ağdam təmsilçisinin rəqibi PSJ və "Nyukasl"dan biri olacaq.
Qeyd edək ki, pley-off mərhələsinin ilk oyunları 17-18 fevral tarixlərində baş tutacaq. Cavab görüşləri isə bir həftə sonra keçiriləcək.












