30 Yanvar 2026, 13:32
FUTBOL
UEFA Çempionlar Liqası Liqa mərhələsinin VIII turunun "Nyukasl"la matçında (1:1) zədələnən Xviça Kvaratsxeliyanın durumuna aydınlıq gəlib.
Matc.az xəbər verir ki, PSJ-nin futbolçusunun sağ topuğunda burxulma aşkarlanıb. Bu barədə Paris təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Gürcüstan millisinin üzvü təxminən 10 gün yaşıl meydanlardan uzaq qalacaq.
Qeyd edək ki, PSJ Xviça Kvaratsxeliyanı 2025-ci ilin yanvarında "Napoli"dən transfer edib.24 yaşlı vinger bu mövsüm komandanın heyətində keçirdiyi 27 oyunda 7 qol vurub, 6 qol ötürməsi edib.












