30 Yanvar 2026, 14:42
FUTBOL
Leon Qoretska mövsümün sonunda "Bavariya"dan ayrılacaq.
Matc.az xəbər verir ki, bu barədə Münhen təmsilçisinin idman direktoru Kristof Freynd məlumat verib.
Almaniya millisinin üzvünün klubla yayda başa çatan müqaviləsi yenilənməyəcək. 30 yaşlı yarımmüdafiəçi azad agent statusu ilə Bundesliqa nəhəngini tərk edəcək.
Qeyd edək ki, Leon Qoretska bu mövsüm "Bavariya"nın heyətində keçirdiyi 28 oyunda 1 qol vurub.








_1769779370.jpg)



