A Seriyasının autsayderi "Piza" Alberto Gilardinonun baş məşqçi vəzifəsindən azad edildiyini açıqlayıb.

Matc.az xəbər verir ki, bu barədə məlumatı klubun mətbuat xidməti yayıb.

Klub mütəxəssisə son bir neçə ay ərzində gördüyü işə və sədaqətinə görə təşəkkür edib. "Piza" yeni baş məşqçini tezliklə təqdim edəcəyini bildirib.

Qeyd edək ki, Gilardino komandaya 2025-ci ilin yayında rəhbərlik edib. Bu müddət ərzində "Piza" 25 oyun keçirib, 2 dəfə qalib gəlib, 11 qarşılaşmada heç-heçə edib, 12 görüşdə isə məğlub olub.

A Seriyasının 23 turundan sonra "Piza" cəmi 14 xalla 19-cu yerdədir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest