"Mançester Siti"nin qapıçı Stefan Orteqa "Nottingem Forest"ə keçib.

Matc.az xəbər verir ki, bu barədə Mançester klubunun mətbuat xidməti məlumat yayıb.

33 yaşlı qapıçı "meşəçilər"lə 5 aylıq müqavilə imzalayıb.

Qeyd edək ki, Orteqa "Mançester Siti"yə 2022-ci ilin yayında qoşulub. O, bu mövsüm heç bir oyunda iştirak etməyib. Onun klubla hazırkı müqaviləsi 2026-cı ilin yayına qədərdir. "Transfermarkt" portalında almaniyalı qolkiperin dəyəri 5 milyon avrodur.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest