04 Fevral 2026, 11:36
FUTBOL
Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb.
"İmişli" heyətini yeni futbolçu ilə gücləndirib.
Matc.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Premyer Liqa təmsilçisi Nazim Hüseynovu sıralarına qatıb. 18 yaşlı oyunçu ilə 2 il 6 aylıq müqavilə imzalanıb.
Gənc futbolçu ölkə futbolunun aparıcı akademiyalarında formalaşıb. Nazim son olaraq "Qəbələ"nin formasını geyinib.
Xatırladaq ki, "İmişli" bunadək Dioqo Kardozunu transfer edib.












