"Real"ın hücumçusu Kilian Mbappenin XXI əsrin TOP-5 liqasında bir mövsümdə ən çox penalti vurma rekordunda 4 qol qalıb.

Matc.az xəbər verir ki, La Liqanın 22-ci turunda "Rayo Valyekano"ya (2:1) qarşı oyunda o, 90+10-cu dəqiqədə penalti zərbəsini dəqiq yerinə yetirib və bu da onun 12-ci penalti qolu olub.

Bu göstərici üzrə hazırkı rekordçu 2019/2020 mövsümündə penaltidən 15 qol (44 oyuna) vuran "Bolonya"nın hücumçusu Çiro İmmobiledir. İkinci sırada 14 qolla (55 oyuna) Kriştiano Ronaldo qərarlaşıb. İlk "üçlük"də 14 qolla (42 oyun) "Yuventus"un yarımmüdafiəçisi Teun Kupmeyners yer alıb.

Qeyd edək ki, 2026-cı ildə Mbappe artıq 6 matçda penaltidən 3 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest