"Transfermarkt" 2026-cı ilin qış "transfer pəncərəsi"nin ən bahalı transferlərini açıqlayıb.

Matc.az xəbər verir ki, TOP-5-likdə vinger Antuan Semenyonun "Bornmut"dan "Mançester Siti"yə 72 milyon avroya transferi reytinqdə birinci yerdə qərarlaşıb.

İkinci ən bahalı transfer isə Yorgen Strand Larsenin 49,7 milyon avroya "Vulverhampton"dan "Kristal Pelas"a keçməsi olub. Üçüncü ən bahalı sövdələşmə isə 42 milyon avroya "Vest Hem"dən Braziliyanın "Flamenqo" klubuna transfer olan yarımmüdafiəçi Lukas Paketadır.

Ən bahalı transferlər arasında həmçinin Konor Qallagerin "Atletiko"dan "Tottenhem"ə 40 milyon avroya və Ademola Lukmanın "Atalanta"dan "Atletiko"ya 35 milyon avroya keçməsi olub.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest