"Şəki Siti" futbolçusu Cavid İmamverdiyevlə yollarını ayırıb.

QOL.az xəbər verir ki, bu barədə II Liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.

36 yaşlı yarımmüdafiəçi ilə müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, Cavid İmamverdiyev mövsümün əvvəlindən "Şəki Siti"də çıxış edirdi. Azərbaycan milli komandasının sabiq üzvü bu mövsüm II Liqada 16 qol vurub.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest