05 Fevral 2026, 19:29
FUTBOL
"Bavariya" Serj Qnabrinin mövsümün sonunda başa çatmalı olan müqaviləsinin müddətini uzadıb.
Matc.az xəbər verir ki, bu barədə Bundesliqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
Almaniya millisinin üzvü ilə 2028-ci ilin yayına kimi nəzərdə tutulan yeni sözləşmə imzalanıb.
Qeyd edək ki, Serj Qnabri 2017-ci ildən "Bavariya"da çıxış edir. 30 yaşlı hücumçu bu mövsüm komandanın heyətində keçirdiyi 26 oyunda 7 qol vurub, 8 qol ötürməsi edib.

_1770324925.jpg)










