"Borussiya"nın müdafiəçisi Daniel Svensson karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, "Arsenal" isveçli futbolçunu transfer etmək istəyir. Bu barədə "Bild" nəşri məlumat yayıb.

Almaniya klubu futbolçusunu mövsümün sonunda satmağın əleyhinə deyil. Dortmund təmsilçisi 23 yaşlı sol cinah müdafiəçisi üçün 30 milyon avro tələb edəcək.

Qeyd edək ki, Daniel Svensson bu mövsüm "Borussiya"nın heyətində keçirdiyi 30 oyunda 3 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest