06 Fevral 2026, 17:39
FUTBOL
"Beşiktaş" növbəti futbolçu keçidini tamamlayıb.
Matc.az xəbər verir ki, "qara qartallar" "Marsel"də çıxış edən Amir Murilyonu İstanbula gətirib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
Panamalı sağ cinah müdafiəçisi tibbi müayinədən keçdikdən sonra onunla müqavilə imzalanacaq. "Beşiktaş" 29 yaşlı futbolçunu satınalma bəndi ilə icarəyə götürüb.
Qeyd edək ki, Amir Murilyo bu mövsüm "Marsel"in heyətində keçirdiyi 25 oyunda 2 qol vurub, 4 qol ötürməsi edib.










_1770389264.jpg)

_1770387047.jpg)