"Sanderlend"in hücumçusu Brayan Brobbi karyerasını Türkiyə Super Liqasında davam etdirə bilər.

Matc.az xəbər verir ki, bu barədə "Sabah" nəşri məlumat yayıb.

"Fənərbaxça" Niderland millisinin üzvünün xidmətində maraqlıdır. İstanbul təmsilçisi 24 yaşlı forvardı satınalma bəndi ilə icarəyə götürməklə bağlı İngiltərə klubuna rəsmi təklif göndərib. Premyer Liqa klubu hələ ki təklifə cavab verməyib.

Qeyd edək ki, Brayan Brobbi bu mövsüm "Sanderlend"in heyətində keçirdiyi 21 oyunda 6 qol vurub, 1 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest