"Brayton"un yarımmüdafiəçisi Ceyms Milner Premyer Liqada ən çox oyun keçirmə rekorduna imza atıb.

Matc.az xəbər verir ki, 40 yaşlı futbolçu İngiltərə Premyer Liqasının 27-ci turunun "Brentford"la (0:2, ilk hissə) oyunda komandasının əsas heyətində meydana çıxıb. Bu, ingilis yarımmüdafiəçinin turnirdə 654-cü oyunudur.

Qeyd edək ki, Milner Qaret Barrinin 653 oyunluq rekordunu qırıb. Milner ən çox (230 oyun) "Liverpul"un heyətində meydana çıxıb. O, həmçinin "Lids", "Nyukasl", "Aston Villa" və "Mançester Siti"də də oynayıb.

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest