ABŞ milli komandasının mərkəz yarımmüdafiəçisi Veston Makkenni tezliklə Turinin "Yuventus" klubu ilə müqaviləsini uzadacaq.

Matc.az xəbər verir ki, bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.

Bildirilir ki, yeni müqavilə 2030-cu ilin yayına qədər qüvvədə olacaq. Onun hazırkı müqaviləsi cari mövsümün sonunda başa çatır.

Uzun müddət idi ki, tərəflər arasında yeni müqavilə imzalamaq şübhə altında idi. Makkenni "İnter", "Milan", "Roma", "Marsel", "Aston Villa" və MLS klublarının maraq dairəsində idi. Lakin yarımmüdafiəçi sonda Turində qalmağa qərar verdi.

Qeyd edək ki, 27 yaşlı amerikalı futbolçu 2021-ci ilin yayından bəri "Yuventus"da oynayır. Bu mövsüm o, Turin klubunda bütün yarışlarda 36 oyunda 7 qol vurub və 7 məhsuldar ötürmə edib. Makkenninin transfer dəyəri hazırda 22 milyon avro olaraq qiymətləndirilir.

 

 

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest