24 Fevral 2026, 20:59
FUTBOL
"Napoli"nin futbolçusu Kevin De Bruyne zədəsini sağaldıb.
Matc.az xəbər verir ki, bu barədə "Sky Sports" televiziyası məlumat yayıb.
Belçikalı yarımmüdafiəçi yaşıç meydanlara qayıtmağa hazırlaşır. 34 yaşlı oyunçu gələn həftə komanda ilə məşqlərə başlayacaq.
Qeyd edək ki, 2025-ci ilin oktyabr ayında bud əzələsindən zədələnib. Təcrübəli futbolçu bu mövsüm "Napoli"nin heyətində keçirdiyi 11 oyunda 4 qol vurub, 2 qol ötürməsi edib.












