Asiya Futbol Konfederasiyası (AFK) İran, ABŞ və İsrail arasındakı hərbi münaqişənin kəskinləşməsi fonunda regional Çempionlar Liqası matçlarının təxirə salındığını elan edib.
Asiya Futbol Konfederasiyası (AFK) İran, ABŞ və İsrail arasındakı hərbi münaqişənin kəskinləşməsi fonunda regional Çempionlar Liqası matçlarının təxirə salındığını elan edib.
Matc.az xəbər verir ki, qərar təhlükəsizlik mülahizələrinə görə Abu-Dabi, Dubay və Dohada keçirilməsi planlaşdırılan qarşılaşmalara şamil olunub. Qurumun rəsmi bəyanatında turnir iştirakçılarının təhlükəsizliyinin mütləq prioritet olduğu vurğulanıb.
“AFK sürətlə inkişaf edən bu vəziyyəti diqqətlə izləməyə davam edəcək. Biz bütün oyunçuların, komandaların, rəsmilərin və azarkeşlərin təhlükəsizliyini təmin etmək məsələsində qətiyyətliyik”, - deyə məlumatda bildirilir.
Qeyd edək ki, martın 2-si və 3-nə təyin olunan oyunların yeni tarixləri və ya keçiriləcəyi məkanlar barədə hələlik rəsmi məlumat verilməyib. Təxirə salınan oyunlar arasında “Əl-Əhli” (Səudiyyə Ərəbistanı) – “Əl-Duhail” (Qətər), “Şabab Əl-Əhli” (BƏƏ) – “Traktor” (İran) və “Əl-Vahda” (BƏƏ) – “Əl-İttihad” (Səudiyyə Ərəbistanı) kimi mühüm qarşılaşmalar var. Kriştianu Ronaldunun çıxış etdiyi “Əl-Nəsr”in də iştirak etdiyi yarışın Qərb zonası üzrə digər turnirləri də bu qərardan təsirlənib.












