"Barselona" yayda hücum xəttini gücləndirməyi planlaşdırır.

Matc.az xəbər verir ki, Kataloniya təmsilçisinin əsas hədəfi "Atletiko"da çıxış edən Xulian Alvaresdir.

Argentinalı futbolçunun transferi baş tutmasa, klubun B planı da hazırdır. "Barselona"nın gündəmində olan ikinci hücumçu PSJ-dən Qonsalu Ramuşdur. Paris klubu portuqaliyalı forvardı 30 milyon avroya satmağa hazırdır. Bu məbləğ "Barselona" üçün uyğun hesab olunur.

Qeyd edək ki, Qonsalu Ramuş bu mövsüm PSJ-nin heyətində bütün turnirlərdə keçirdiyi 41 oyunda 12 qol vurub, 2 qol ötürməsi edib.

XƏBƏRİ PAYLAŞ
  • gplus
  • pinterest