30 Aprel 2026, 14:30
FUTBOL
"İpsviç Taun"da çıxış edən Eşli Yang gələcəyi ilə bağlı qərarını verib.
Matc.az xəbər verir ki, ingiltərəli futbolçu karyerasını başa vuracaq. Bu barədə oyunçu özü məlumat verib.
Yanq 40 yaşında peşəkar futbolla vidalaşacaq. Təcrübəli sağ cinah müdafiəçisi mayın 2-də Çempionşipin QPR-lə keçiriləcək sonuncu turunun oyunundan sonra karyerasını başa vuracaq.
Qeyd edək ki, Eşli Yanq karyerası ərzində "Uotford", "Aston Villa", "Mançester Yunayted", "İnter" və "Everton"da çıxış edib. O, İngiltərə yığmasının heyətində keçirdiyi 39 oyunda 7 qol vurub, 10 qol ötürməsi edib.


_1777562869.jpg)



_1777557510.jpg)





